Xaçmaz rayonunda minik avtomobilini oğurlayan şəxslər saxlanılıb. Bu barədə 27 avqust tarixində məlum olub.

Xudat sakini ona məxsus “VAZ-21013” markalı minik avtomobilinin qaçırılması barədə avqustun 26-da polis bölməsinə ərizə ilə müraciət etmişdir. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər şəhəri ərazisindəki xeyli sayda samovar, su matorları, elektrik naqilləri, mis məftillər oğurllayıblar.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.