Xaçmazda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

27 Avqust 2021, 13:45

Rəsmi Facebook səhifəsindən

14-29 yaşlı ədəbiyyatsevərlər dəvətlidir

Xaçmazda “Ədəbiyyat biliciləri” mütaliə müsabiqəsi keçiriləcək. Bu barədə 27 avqust tarixində məlum olub.

Tədbir 25 sentyabr 2021-ci il tarixində, saat 10:00-da şahmat məktəbində keçiriləcək. Müsabiqədə iştirak etməyə 14-29 yaşlı ədəbiyyatsevərlər dəvətlidir.

İştirakçılar minimum 5 əsər haqqında inşa yazmalıdır. Onlara irihəcmli əsərlərə (roman, poema, povest) üstünlük vermək tövsiyə olunur. Həmçinin oxuduqları ədəbiyyat haqqında məlumatları (əsərin adı, yazıçının adı, baş qəhrəmanları, ikinci dərəcəli qəhrəmanları və s.) və təəssüratlarını qeyd etməlidirlər.

Karantin qaydaları ilə əlaqədar olaraq tətbiq edilən məhdudiyyətlər müsabiqənin əyani formada keçirilməsinə mane olarsa, onlayn formada həyata keçiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.