Xaçmaz rayonunda “Eko klub”un üzvləri təmizlik işləri aparıblar. Bu barədə 26 avqust tarixində sosial şəbəkədə xəbər yayılıb.
Tədbir Məhəmməd Füzuli küçəsində baş tutub. Gənclər tərəfindən məişət və digər təbiətə zərərli tullantılar təmizlənib. Məqsəd vətəndaşların təbiəti və ətraf mühiti qorumağa təşviq etməkdir.
Daha öncə, iyul ayında “Tullantılara ikinci həyat” layihəsi çərçivəsində gənclərimiz plastik qablarda gül əkmişdirlər.