Quba olimpiya idman kompleksinin önündə çoxsaylı tullantılar mənzərə yaradıb. Bu barədə 26 avqust ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə Bakı-Quba yolunun qırağında yerləşən tullantılar uzun müddət yığışdırılmır. Beləliklə 2019-cu ildən başlayaraq şəhərin qonaqları və sakinləri bu halı müşahidə edirlər.

Quba Olimpiya İdman Kompleksi 2003-cü il oktyabrın 11-də istifadəyə verilmişdir. Burada futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün şərait var idi. Artıq 2 ildir ki, kompleks təmirə bağlanıb.