Xaçmazda 9 kəndi mərkəzə aparan yol təmirsizdir

26 Avqust 2021, 11:19

Depositphotos

Bura SSRİ dövründə daş və çınqıl döşənilib

Xaçmaz rayonunda 6.000 əhalinin istifadə etdiyi yol yararsız vəziyyətdədir. Bu barədə 26 avqust ShimalNews-a məlumat daxil olub.

Aşağı Zeyid kəndindən keçən 14 km uzunluğu olan yol 9 kəndi rayon mərkəzi ilə birləşdirir. Sakinlərin sözlərinə görə, bura SSRİ dövründə daş və çınqıl döşənilib. Yağıntılar zamanı istifadəsi çətinləşir. Bu səbəbdən əhalidən imzalar toplanaraq aidiyyəti qurumlara dəfələrlə göndərilib. Lakin vəziyyət eyni olaraq qalır.

Daha öncə, Qusarda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulması barədə məlumat verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.