Qubada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olanlar tutulub. Bu barədə 26 avqust tarixində məlum olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı, Quba rayon sakinləri Süleyman Talıbov, Bakı şəhər sakinləri Musa İbrahimov və Rauf Nəzərli saxlanılıblar. Onların üzərindən “patı”, “şüşə” narkotik vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.
Daha öncə, Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 rayon sakini saxlanılmışdır.