Qubanın İkinci Nügədi kəndində yerləşən Çənlibel gölü hasara alınıb. Bu barədə, bu gün 26 avqust ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, pandemiyadan öncə onlar gölün ətrafında istirahət edə bilirdilər. “Macara Lake Park” tikildikdən sonra ərazi hasara alındı. Bugün isə sahilə yalnız kompleksin müştəriləri daxil olurlar.

Çənlibel gölü ötən əsrin 50-ci illərində torpaqların suvarılması məqsədilə yaradılmışdır. Ərazisi 10 hektar, dərinliyi isə 10-15 metrə qədərdir. Qış vaxtı şaxtalı havada üst qatı 10 santimetrə gədər donur.