Qubanın mərkəzində yerləşən Şəhidlər xiyabanında təmir işləri aparılır. Bu barədə, bu gün 26 avqust ShimalNews-a məlumat daxil olub.
Şəhidlərin baş daşları və bütün tikililər bərpa olunacaq. Həmçinin bulağ və sohbetgahlar inşa olunacaq. Bütün işlər 27 sentyabrda açılışa qədər bitəcək.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 231, Vətən müharibəsində isə 49 qubalı şəhidlik zirvəsinə ucalıblar.