Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə avqustun 24-ü məlum olub.
Qaraqurtlu kəndində şəxsi münasibətlər zəminində Rövşən Əsgərbəyli qardaşı oğlu Əliağa Əsgərbəylini bıçaqlayıb. Daha sonra Rövşən tüfəngdən atəş açaraq intihar edib. Onun cəsədi ekspertizaya göndərilib. Əliağa isə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda qəsdən sağlamlığa ağır zərər vurma və özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanılıb.
İstintaq davam edir.
Qeyd edək ki, Əliağa Əsgərbəyli Siyəzən rayon polis şöbəsinin DYP bölməsinin keçmiş rəisi olub. O, avqustun 19-da daxili işlər nazirin əmri ilə vəzifəsindən azad olunub.