Qusarda kənd komandaları arasında futbol yarışı keçirilib. Bu barədə bu gün, 25 avqust tarixində məlum olub.

Turnirdə 16 komanda iştirak edib. Oyunu 3000 nəfərə yaxın azərkeş izləyib. Gündüzqala kənd komandası qalib olaraq, 28 avqust tarixində 17:00-da keçiriləcək final oyununa vəsiqə qazanıb.

Təşkilatçıların sözlərinə görə, əsas məqsəd gənclərin sağlam həyat tərzinə təşviq etməkdir. Həmçinin Gündüzqaladan olan futbolçu Vətən müharibəsində şəhid olub. Onun və bütün vətən uğrunda canından keçənlərin xatirəsinin əbədiləşdirilməsi üçün qaliblərin formasından lövhə hazırlanması planlaşdırılıb.