Qubada yol qəzası baş verib, 3 qadın və 2 kişi dünyasını deyişib. Bu barədə bu gün, 25 avqust tarixində məlum olub.

Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil deformasiya olub. FHN-nin xilasetmə qüvvələri 5 nəfərin meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.