Bakı-Quba yolunun bir hissəsinin tikintisi yekunlaşıb. Bu barədə ShimalNews-un muxbiri məlumat verib.

M1 avtomagistralının ilk 30 km-nin tikintisi tamamlanıb. Yolun bu hissəsi Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşir. Növbəti mərhələsində isə alt və üst layının tikintisi yekunlaşdıqda asfalt çəkilmə işlərinə start veriləcək.

Həmçinin tikinti işləri yeni magistralın Şabran və Qusar rayonlarının arasında icra olunur. Burada asfalt-beton örtüyünün döşənməsi işləri gedir.

Sonda inşa edilən 150 km-lik yol boyu hər iki tərəfdən çəpərlənməsi işləri aparılacaq. Bu yolun hərəkət hissəsinə hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədi daşıyır.