13 sentyabr Xaçmaz rayonunda toxum sərgi-satış yarmarkası keçiriləcək.
Tədbirdə aqrar xidmətlər, qurumlar, agentliklər, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak edəcəklər.
Yarmarkada əsasən arpa, buğda və tərəvəz toxumları təqdim olunacaq. Sərgi çərçivəsində fermerlərə müxtəlif məlumat və informasiya materialları təqdim olunacaq.
Təşkilatçılığın əsas məqsədi toxum bazarının formalaşması və fermerlər üçün sertifikatlı toxumla təmin edilməsidir.
Yerlərin məhdud olması səbəbindən yarmarkada məhsulunu təqdim etmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidir.