Xaçmaz rayonunda şaftalı yığımı davam edir. Bu barədə 24 avqust tarixində Shimal.News-un müxbiri məlumat verib.
İyun ayın 5-dən başlayan proses təxmini sentyabrın 15-ə kimi uzanacaq. Ümumilikdə hər hektardan 10-20 ton bar yığılır. Şaftalının kilosu bir müddət 0.3 azn səviyyəsinə düşmüşdür. Bu gün isə 0.5-0.8 azn təşkil edir.
Sakinlərin sözlərinə görə, bu il havanın quraqlıq keçməsi məhsuldarlığa təsir göstərir. Bu səbəbdən ənənəvi arxla suvarmadan damlama sisteminə keçmək məcburdular. Məsələn ən çox şaftalı rayon üzrə Nərəcan kəndindədir. Lakin bəhrənin az olmasına görə, bağbanlar qilas ağacları ilə şaftalını əvəz etməyə başlayıblar və damcı ilə sulamaq üsulunu quraşdırırlar.
Həmçinin, Çinartala, Uzunoba, Çiləgir, Alekseyevka kəndlərində də şaftalının 50-dən çox növü becərilir. Ən çox “Fədai” və “Zolotoy” sortlarına rast gəmək olar. Meyvəni satışı yerli və Rusiya bazarlarında həyata keçirilir.