Xaçmazda 300 ev susuz qalıb

24 Avqust 2021, 10:50

Depositphotos

Bu hal şəhərin 3-cü sahə adlanan ərazisində qeydə alınıb

Xaçmaz rayonunda təxmini 300 evin su təminatı ilə bağlı çətinliklər yaşanır. Bu barədə Shimal.News-un müxbiri məlumat verib.

Xudatın 3-cü şöbə adlanan ərazisində su təminatında çətinliklər var. Sakinlərin sözlərinə görə şəhərdə içməli su zəif gəlir. Həmçinin, əkin sahələrini suvarmaq mümkün deyil.

Daha öncə, redaksiyamız Qubanın Ərməkiqışlaq kəndində 6 ay su olmadığı barədə məlumat vermişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.