Qusarlı “Şuşa Fatehi”: Tehran Mənsimov

24 Avqust 2021, 12:00

Foto açıq mənbələrdən

Bu gün onun 49 yaşı tamam olur

Polkovnik Tehran Mənsimov 24 avqust 1972-ci ildə Qusar rayonunun Düztahir kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib. 1990-1992-ci illərdə Sovet ordusunda, daha sonra isə Azərbaycan Milli Ordusunda xidmət edib. Könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edib. Ardınca Ali Hərbi Məktəbdə təhsil alıb və ona leytenant rütbəsi verilib.

Tehran Mənsimov 2005-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

2011-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 4 iyul 2013-cü ildən Şahbuz rayonunda hərbi hissənin komandiri olub.

2017-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tehran Mənsimov 27 sentyabr 2020 ildə 44 günlük Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə “Azərbaycan Bayrağı” ordeni və “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilib.

29 iyun 2021-ci ildə Tehran Mənsimov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Dəstələrin rəis müavini təyin olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.