Qubada narkotacir dəstəsi saxlanılıb

24 Avqust 2021, 14:11

depositphotos

4 nəfərdən ibarət dəstənin 2 üzvü qadındır

Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə ifşa olunub. Bu barədə, 24 avqust tarixində məlum olub.

Xaçmaz rayon sakini E. Əlifxanov, Bakı şəhər sakinləri S. Ramazanov, H.Rzayeva və Ə.Rəsulova saxlanılıblar. Onların üzərinə və Qəçreşdə yığışdıqları evə baxış zamanı metamfetamin (“patı”) və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha öncə, Xaçmazda narkotik bitkilərin yetişdirilməsində şübhəli bilinən şəxs saxlanılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.