Qubada erməni vandalizmi: Səfəvi sərkərdəsinin türbəsi

23 Avqust 2021, 15:03

Foto Shima.news

1918-ci ilin mart ayında erməni quldur dəstələri Alpan kənd qəbiristanlığındakı baş daşlarını dağıdıblar

Subaba türbəsi Quba rayonu Alpan kəndinin qədim qəbiristanlıqlarından birində yerləşir.

Türbə 1504-cü ildə, Səfəvilərin hökmranlığı dövründə, Şah İsmayıl Xətainin qoşununun Dərbənd yürüşü zamanı bu kənddən keçərkən vəfat etmiş, Sufi Mikayıl adlı sərkərdənin məzarıdır. 1544-cü ildə səfəvi hökmdarı I Təhmasib əsgərlərinin məzarları üzərində türbələr ucaltmağa başlamışdır. Subaba türbəsidə elə bu vaxt inşa olunub. Türbənin adı zaman keçdikcə Sufibaba, Sufbaba, Subbaba kimi dəyişərək, sonda Subaba adını alıb.

Yerli əhalinin sözlərinə görə, türbə tikiləndən əvvəl, bu yer müqəddəs yer kimi ziyarət olunub. Hal-hazırda da kənd əhalisi bu yeri müqəddəs yer, pir kimi ziyarət edir.

1918-ci ilin mart ayında erməni quldur dəstələri Quba rayonunun Alpan kənd qəbiristanlığındakı baş daşlarını dağıdıb, buradakı XVI əsrə aid Subaba türbəsini yandırmışdılar. O vaxtdan indiyədək türbə bərpa edilməyib və hazırda qəzalı vəziyyətdədir.

 

  1. Fariz Xəlilli. Tarixi yerlər və abidələr 1-ci Beynalxalq Quba simpoziumu.
  2. https://alpaninfo.com/subaba-turb%C9%99si-yox-olmaq-uzr%C9%99dir/
  3. https://www.youtube.com/watch?v=2Kz-4LeL-v4

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.