Şimal bölgələrində pensiyaçıların sayı və aldıqları orta aylıq pul vəsaiti məlum olub.

Rayonlar üzrə Qusarda 10.688 nəfər 258.23 manat, Xaçmazda 19.019 nəfər 250.70 manat və Qubada 15.415 nəfər – 260.28 manat təqaüd alırlar.

Ən aşağı pensiya məbləği Lerik rayonunda 248.57 manat qeydə alınıb. Bakıda isə orta aylıq pensiya məbləği 436.48 manat təşkil edir.

Bu ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1.214.074 nəfər pensiyaçı olub.