Qusar və Xaçmaz rayonlarında psixoloq və hüquqşunas fəaliyyəti həyata keçirilir. Bu barədə 23 avqust tarixində Shimal.News-a məlumat daxil olub.

Əsasən həssas qrupları əhatə edən “Gender Əsaslı Zorakılıq” layihəsi ödənişsiz həyata keçirilir. Burada hüquqi və psixoloji yardım xidmətləri konfidensial qaydada göstərilir.

Bu layihə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” və BMT-nin inkişaf proqramı tərəfindən 10 iyun 2021-ci il tarixində icra edilməyə başlayıb.

Qəbul saat 09:00-dan 17:00-dək:
Qusar rayonunda H.Əliyev mərkəzi 2-ci mərtəbə I və V günlər;

Xaçmaz rayonunda H.Əliyev mərkəzi 1-ci mərtəbə II və IV günlər keçirilir.