Qusarda şəhər yollarının və səkilərin təmir işlərinə təxminən 470 min manat ayrılacaq. Bu barədə 21 avqust tarixində məlum olub.

Rayon İcra Hakimiyyəti iddiaçıların qiymət təkliflərini müqayisə edib. Nəticədə açıq tenderin qalibi “ŞABRAN-D” MMC olub.

Daha öncə, Qusarda 4 yaşayış məntəqəsini birləşdirən 12,5 km uzunluğunda yolun yenidən qurulması yekunlaşmışdır.