Qubada yanğın baş verib. Bu barədə 21 avqust tarixində FHN məlumat verib.

Rayonunun Dəlləkli kəndində ümumi sahəsi 300 kv.m olan birmərtəbəli tikilinin dam örtüyü, 4000 ədəd taxta və 500 ədəd plastik tara yanıb.

Yanğın söndürülüb. Alovun ərtaf əraziyə yayılmasının qarşısı alınıb

Daha öncə, Qubada Rustov kəndinin Yektar yaşayış məntəqəsində yanğın baş vermişdir.