Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə bu gün, 21 avqust tarixində məlum olub.
Axtarış zamanı rayon sakinləri Şahin Şahkərəmov, Zaur Ömərov və Elşən Məcidov saxlanılıblar. Onların üzərindən metamfetamin, heroin, metadon tərkibli həb və marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı istintaq aparılır.
Daha öncə, 5 avqust tarixində Qubada narkotik bitkiləri yetişdirən şəxs saxlanılmışdır.