Quba: Vəlvələçay hidroqovşağı təmir edildi

21 Avqust 2021, 10:01

foto president.az rəsmi səhifəsi

O, 1960-cı ildə istismara verilmişdir

Qubanın Vəlvələ kəndində yerləşən hidroqovşaq əsaslı şəkildə təmir edilib. Bu barədə 21 avqust tarixində məlum olub.

Vəlvələçay hidroqovşağı 1960-cı ildə istismara verildiyindən təmirə ehtiyacı var idi. Bu səbəbdən ərazisi və qurğunun özü tam şəkildə yenidən qurulub. Həmçinin yeni inzibati bina tikilib və digər təminat işləri görülüb.

Hazırda Vəlvələçay hidroqovşağı vasitəsi ilə şimal rayonları suvarılır. Eləcə də Bakı və Abşeron yarımadası içməli su ilə təmin edilir. Sovetlər dönəmində isə yalnız suvarma məqsədi ilə istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.