Xaçmazda güclü külək nəticəsində yanğın baş verib. Bu barədə 20 avqust tarixində məlum olub.
Yergüc kənd sakini Ə.Əmrahovun sözlərinə görə, onun bağının üzərindən yeni elekrik xətləri çəkilib. Naqillər ağacların təxminən 1.5 metr hündürlüyündən keçir. Beləliklə güclü külək qısa qapanma yaradıb. Nəticədə 1 hektar ərazidə yanğın baş verib.
Hadisə yerinə qələn FHN-nin əməkdaşları alovun qarşısını alıb. Qalan ərazi yanğından mühafizə olunub.
Bir gün öncə, ShimalNews Xaçmazda güclü küləyin fəsadlar törətdiyi barədə xəbər vermişdir.