Qubada dağlıq ərazidə yanğın baş verib. Bu barədə 20 avqust tarixində məlum olub.
Hadisə Rustov kəndinin Yektar yaşayış məntəqəsində gecə saatlarında qeydə alınıb. Bələdiyyəyə məxsus bir hektar kolluq ərazi yanıb. İki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub. Alovun meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Daha öncə, 12 avqust tarixində Quba rayonu İkinci Nügədi kəndində yanğın olmuşdur.