Qubada vaksinasiya ilə bağlı evlərə dəvət göndərilir. Bu barədə bu gün, 20 avqust tarixində məlum olub.

Rayonun 2-ci Nügədi kəndində peyvənd vurdurmayan vətəndaşlara bildirişlər göndərilib. Rayon üzrə ən az vaksin olunan əhali burada yaşayır. Artıq əhalinin 35 faizdən çoxu vaksinasiya olunub.

Quba rayon mərkəzi xəstəxanası bildirib ki, vaksinasiya işlərinin aparılması üçün kəndlərdəki tibb məntəqələrinə həkim briqadaları göndərilir. Həmçinin, şəhərin özündə saat 09:00-dan 18:00-a kimi sakinlər müraciət edə bilərlər.