Xaçmaz regional mədəniyyət idarəsi “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsini elan edib.

Məqsəd 44 günlük Vətən Müharibəsi ilə bağlı əsərlərin toplu halına gətirilməsidir. Gələcəkdə onlar bədii-kütləvi tədbirlərdə, konsert və tamaşalarda istifadə olunacaq. Əsasda şimal bölgəsindən (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) olan igid döyüşçülərimizin (şəhid, qazi və veteran) bədii obrazının ədəbiyyatda yaradılmasıdır.

Müsabiqə 31 avqustadək davam edəcək. Sonda qaliblərin əsərləri toplu halında nəşr ediləcək. Onlar diplom və mükafatlarla təltif olunacaqlar.

Elaqə və suallar üçün telefon: (050) 383-28-23