Azərbaycanın ilk diktorlarından biri: Aydın Qaradağlı

20 Avqust 2021, 17:59

foto açıq mənbələr

Bu gün onun 92 illiyidir

Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. O, Qaradağ xanlığının (indiki İran ərazisində 1747-1808 illərdə feodal dövlət) xanlarının nəsilindəndir.

Azərbaycanda, diktorlar arasında ilk dəfə olaraq “əməkdar artist” fəxri adına layiq görülmüşdür. Heydər Əliyevin xüsusi göstərişi ilə, onun çıxışları efirə yalnız Aydın Qaradağlının səsi ilə verilirdi.

Qaradağlı Azərbaycan radiosunda işə başlayanda 17 yaşı var idi. Oğlu Vüqar Qaradağlının “Atam öz sənətini necə seçib” adlı inşasında belə söyləyir: “O uşaq vaxtı, bütün günü radioqəbuledici yanında olurdu. Görəsən onun içində kim oturub? Danışan kimdir? Bu suallar ona rahatlıq vermirdi… Bir dəfə o, evdə tək olan zaman radionu açıb sökür. Və çox təəsüflənir ki, cihazın içində heç kimi tapmır…

1944-cü ildə orta məktəbi, 1945-ci ildə isə Gəmiçilik məktəbini (indiki Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı ildə Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbinin aktyorluq ixtisasına, 1949-cu ildə isə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illərdə Sovet Ordusunda xidmət edib.

Azərbaycan radiosunun “Qızıl fond”unda Aydın Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazmaları qorunub saxlanılır.

Aydın Qaradağlı 28 yanvar 1980-ci ildə Bakıda vəfat edib.

Mənbələr:

  1. http://www.medeniyyettv.az/az/news/1626/aydin-qaradagli-sesden-yuxari
  2. http://senet.az/aydin-s%C9%99sli-qaradagli/
  3. https://onn.az/banner/bu-gun-aydin-qaradaglinin-v%C9%99fat-etdiyi-gundur/?print=print
  4. http://www.anl.az/down/meqale/azerbaycan/2012/avqust/254331.htm
  5. https://www.youtube.com/watch?v=17zOTiBARoU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.