Xaçmaz rayonunda iki yanğın hadisəsi qeydə alınıb. Bu barədə FHN-in rəsmi saytında məlumat yayılıb.
Rayonun Yataqoba kəndində bağ sahəsində 40 ədəd fındıq ağacı qismən yanıb. FHN-in əməkdaşları tərəfindən alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Digər yanğın Qaradağlı kəndində baş verib. Bağ sahəsində 20 ədəd fındıq ağacı və 100 kv.m çəpər yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.