Qubanın tez yetişən almasının yığımı bitib

19 Avqust 2021, 17:47

Enavto

Məhsul yerli bazarda satılıb

Qubada bağbanlar tez yetişən alma yığımını yekunlaşdırıb. Bu haqda 19 avqust tarixində məlum olub.

Yığılan məhsul “Qrandşteyn”,”Slava pobeditelyam”, “Papirovka”, “Anis” alma sortlarıdır. Onlar ölkə daxilində satılıb.

Yerli sakinlərin sözlərinə görə bu il suvarma yetərincə olmayıb. Bu səbəbdən məhsul zəif olub.

Daha öncə, Shimal.News Qubanın bağ və tərəvəz sahələrinin quruması təhlükəsi haqda məlumat vermişdir. Həmçinin hər gün “Sement” su kanalı ətrafında növbə olması barədə xəbər paylaşmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.