Quba rayonunda atasını öldürməkdə təqsirli bilinən şəxsin cinayət işi yekunlaşıb. Bu barədə bu gün 19 avqust tarixində məlum olub.
Məhkəmə prosesi zamanı 19 yaşlı Mətləb Şükürov ittiham üzrə qismən təqsirli bilinib. Qərara əsasən o, xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsi 15 fevral 2020-ci il tarixində Birinci Nügədi kəndində baş vermişdir. Mətləb Şükürov 61 yaşlı atası Bəşarət Şükürovu ailə münaqişəsi zəminində bıçaqla qətlə yetirmişdir.