Quba: 2-ci Nügədi kənd sakini saxlanılıb

19 Avqust 2021, 17:14

foto açıq mənbələr

Onun üzərində zəhərli maddə aşkar olunub

Quba rayonunda üzərində zəhərli maddə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə bu gün, 19 avqust tarixində məlum olub.

Rayon polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 2-ci Nügədi kənd sakini Əli Əliyevin üzərində 55 qram civə aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Civə otaq temperaturunda maye halında olan yeganə metaldır. Termometrdə olan 2 qram civə 6000 m3 havanı çirkləndirir. Xüsusən onun buxarı daha zərərlidir. Hər bir halda civə dağılıbsa, FHN-in “112” xidmətinə zəng edib xəbər vermək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.