Xaçmaz şəhərində küçələrdən biri şəhid Kərəm Vəyisovun adını daşıyacaq. Bu barədə bu gun, 18 avqust tarixində ShimalNews-un müxbiri məlumat verib.

Tədbir bu gün saat 11:00-da şəhidin yaşadığı Namiq Aslanov küçəsində olacaq. Bu gündən sonra küçə onun adını daşıyacaq.

Xaçmazlı kikboksçu, üçqat dünya çempionu Kərəm Veyisov Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş zamanı qəhrəmancasına şəhid olub.

Daha öncə, 2 avqust tarixində Pirquluoba kəndində şəhidlərin xatirəsinə bulaq-abidənin açılışı olmuşdur.