Xaçmazda fındıq bağlarında məhsul tədarükü davam edir. Bu barədə 18 avqust tarixində məlum olub.
Hazırda fındıq ləpəsinin bir kiloqramı təsərrüfatçılardan 3-3,5 manata alınır. Bağlarda məhsuldarlıq ötən illərlə müqayisədə daha çoxdur. Bu səbəbdən əlavə işçi qüvvəsi cəlb olunub. Onlar bir kilonu 0,4 manata toplayırlar.
Yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Daha yüksək gəlir əldə etmək üçün məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır.
Xaçmazda fındıq bağlarının ümumi sahəsi 9.703 hektar təşkil edir. Rayon üzrə ötən il 6.500 ton məhsul yığılmışdır.