Qubada Milli qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş güllə atıcılığı yarışı keçirilib. Bu barədə 18 avqust məlum olub.

Qızlar və oğlanlar arasında keçirilən turnir nəticələri məlum olub. Nəzrin Fətəliyeva və Nurlan Əliyev I yer, Güney Muradova və Eldar Mürşüdov II yer, Çingiz Dadaşov və Gültəkin Məmmədova isə III yeri tutublar.

Təşkilatçılar, Gənclərin inkişaf və karyera mərkəzi və “ASAN Könüllülük Məktəbi”, qalibləri diplomlar ilə təltif ediblər.