Qubada üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə bu gün, 18 avqust tarixində məlum olub.
Şübhəli bilinən rayon sakini Samir Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən narkotik tərkibli metamfetamin (“patı”) və heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.
Daha öncə, 11 avqust tarixində Xaçmazda narkotik bitkilərin yetişdirilməsində şübhəli bilinən şəxs saxlanılmışdır.