Xaçmaz rayonunda istrahət edən şəxs huşsuz vəziyyətə düşüb. Orada istirahətdə olan həkimin ilkin yardımı sayəsində onu xilas etmək mümkün olub. Bu barədə 18 avqust tarixində məlum olub.

Nabrandakı istrahət mərkəzlərinin birində, dənizdə çimən şəxsin ürək tutması olub. Ətrafdakı insanların köməkliyi ilə o sahilə çıxarılıb. Həmin vaxt Bakı şəhər təcili tibbi yardım həkimi Aygün İsmizadə orda istrahətdə idi. Onun ilkin yardım olaraq ürək masajı etməsi xəsarət alanı həyata qaytarıb.

Səhiyyə Nazirliyi göstərdiyi peşəkarlığa görə həkimə təşəkkürünü bildiririb.