Avqustun 19-da növbəti mərhələ keçiriləcək
Xaçmazda jurnalistika ixtisasına qəbul imtahanı keçiriləcək. Bu barədə 17 avqust tarixində Dövlət İmtahan Mərkəzi (DİM) məlumat verib.
Jurnalistika ixtisasına qəbul olmaq üçün 760 abituriyent qeydiyyatdan keçib. Onlar avqustun 19-da növbəti mərhələdə iştirak edəcəklər. DİM-in Xaçmaz regional bölməsi tərəfindən təşkil olunacaq qabiliyyət imtahanının məkanı “buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
2 saat 30 dəqiqə davam edəcək imtahana buraxılış saat 09:45-də başa çatacaq və 10:00-da start veriləcək.