Qusarda iki avtomobil toqquşub. Bu barədə 17 avqust tarixində ShimalNews-un müxbiri məlumat verib.

Hadisə Gədəzeyxur kəndinin əsas yolunda qeydə alınıb. “Vaz 21150” markalı minik avtomobilin sürücüsü B. Babayev idarəetməni itirərək qəza törədib. O, N. Əlixanovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə toqquşub.

Xəsarət alan yoxdur.

Daha öncə, Qubada 12 avqust tarixində qəza baş vermişdir. Hadisə rayonun İsnovqışlaq kəndi yaxınlığında qeydə alınımışdır.