Qusar rayonunun Əvəcük kəndində ev yanıb. Bu barədə, 15 avqust axşam saatlarında məlum olub.

Ümumi sahəsi 150kv.m olan 4 otaqlı birmərtəbəli evin 3 otağının və aynabəndinin dam örtüyünün konstruksiyaları 132 kv.m sahədə yanıb.

FHN-dən verilən məlumata görə, yanğın söndürülüb. Evin qalan hissəsi zərər görməyib.

Daha öncə, Qubanın Gədikqışlaq kəndində, 14 avqust tarixində evlərin birində qaz sızması səbəbindən partlayış baş vermişdir.