Qusar rayonunun Bədirqala kəndində həyətyanı sahədə yanğın olub. Bu barədə 16 avqust tarixində ShimalNews-un müxbiri məlumat verib.
Hadisə avqustun 15-də saat 17:30 radələrində baş verib, 3 ton ot bağlaması yanıb. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Daha öncə, Qubanın 2-ci Nügədi kəndində yanğın hadisəsi baş vermişdir.