Quba-Xaçmazda fermerlər yarı qiymətə sığortalana bilər

16 Avqust 2021, 17:34

Envato

Dövlət 50% xərcləri qarşılayır

Quba-Xaçmaz bölgəsində payızlıq əkin sahələrini və məhsulu risklərdən qorumaq üçün sığorta haqları məlum olub. Bu barədə aqrar sığorta fondu 16 avqust tarixində məlumat verib.

Dövlət dəstəyi ilə yeni aqrar sığorta mexanizmi tətbiq edilir. Fermerlər və sahibkarlar tərəfindən ödəniləcək sığorta haqqının 50%-i dövlət qarşılayır (ödəyir). Beləliklə, fermer 1 hektar taxıl sahəsi üçün Quba-Xaçmaz bölgəsində 7 manat ödəyəcək. Bu təqribən 1200 manatlıq taxıl yığılan sahə üçün nəzərdə tutulur.

Sığortanın tətbiqi yanğın, dolu, zərərvericilər, xəstəliklər və 3-cü şəxslərin vurduğu zərər, o cümlədən digər müxtəlif risklərə aiddir.

Həmçinin, sahə üzrə sığorta haqqının məbləğini “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) ilə hesablamaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.