Qubanın Heydər Əliyev Mərkəzində şair və publisist Ramiz Qusarçaylı ilə görüş keçirilib. Bu barədə 16 avqust tarixində məlum olub.

“ƏdiblərimİZ” layihəsi çərçivəsində  “Ramiz Qusarçaylı: yaddaş və könül şairi”, “Payız şəkli”, “Azərbaycan bayrağı”, “Yağış”, “Söz” və s. şeirlərin müəllifi Ramiz Qusarçaylı ilə yaxından tanışlıq olub.

Ramiz Qusarçaylı (Həmzəyev Ramiz Mürsəl oğlu) 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olub. Onun şeirləri ingilis, rus, fars, macar, italyan, ingilis, rus, ukrayna və Dağıstan xalqlarının dillərinə tərcümə edilir.