Qubada avtomobil qəzaya düşüb. Bu barədə 16 avqust tarixində ShimalNews-un müxbiri məlumat verib.

Avqustun 15-də Qubadan Xınalıqa gedən yolda nəqliyyat vasitəsi dərəyə aşıb. Xırdalan şəhər sakinləri 24 yaşlı Şahin Vəliyev və 75 yaşlı Gülnaz İlyasova xəsarət alıblar.

Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Qusar rayon mərkəzi xəstəxanasında yaralılara müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 13 avqust tarixində Qubada ölümlə nəticələnən yol qəzası baş vermişdir.