Şimalda oduncaq tədarük olunacaq meşə əraziləri məlum olub

16 Avqust 2021, 17:52

Envato

Odun tədarükü bu ay bitir

Şimal bölgələrində oduncaq tədarük olunacaq meşə əraziləri məlum olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyi 16 avqust tarixində məlumat verib.

Qışa hazırlıq məqsədilə avqustun 16-dan 1 sentyabr tarixinədək oduncaq tədarükü davam edir:

  • Quba rayonu – Vəlvələ, Quba, Rustov və Alpan meşəbəylikləri;
  • Qusar rayonu – Qusar meşəbəyliyi;
  • Xaçmaz rayonu – Xudat və Xaçmaz meşəbəylikləri;

Nazirlikdən qurumlara və əhaliyə çağırış edilib ki, odun üçün yalnız müvafiq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etsinlər.

Həmçinin müdafiə nazirliyinə, sərhəd və daxili qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə oduncaq dəyəri ödənilməklə verilir.

Qanunsuz ağac kəsən hər bir vətəndaş, hüquqi və vəzifəli şəxs inzibati xətalar məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəkləri nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.