Xaçmaz rayonunda karantin rejimi qaydalarının icrası ilə bağlı reyd keçirilib. Bu haqqda 14 avqust tarixində məlum olub.

Rayon polis şöbəsinin əməkdaşları qapalı məkanlarda karantin qaydalarının pozulmasını aşkar edib. Vətəndaşlar və obyekt sahibləri ilə profilaktik maarifləndirici söhbətlər aparılıb. Maskalardan və dezinfeksiya vasitələrindən istifadənin vacibliyi izah edilib. Həmçinin sərnişin daşıma ilə məşğul olan sürücülərlə və sərnişinlərlə ara məsafənin saxlanılması və tibbi maskalarının mütləq istifadəsi lazım olduğu bildirilib.

Xəbərdarlıqdan sonra qaydalara məhəl qoymayan şəxslərə inzibati protokol tərtib edilib.

Daha öncə, 11 avqust tarixində “Atlant” istirahət mərkəzində yoxlama keçirilmişdir. Karantin rejiminin pozulması maddəsi ilə cinayət işi açılmışdır.