Qusar rayonunun Urva kəndində yeni su xətləri çəkilib. Bu barədə Qusar rayon icra hakimiyyətinin rəsmi saytında məlumat yayılıb.
“Texniki su təminatının yaxşılaşdırılması” layihəsi çərçivəsində kənd ərazisində ümumi 4800 metr uzunluğunda borular çəkilib, 190 ev yeni su xətləri ilə təmin olunub. Həmçinin bir bulaq inşa olunaraq istifadəyə verilib.
Qeyd olunan layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyəsi, yerli bələdiyyə və icma üzvlərinin köməyi ilə yerinə yetirilib.
Urva kəndi Qusar rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə 600 ailə olmaqla 2800 nəfər əhali yaşayır.