Quba şəhərində “Pəhləvan Əli” idman klubu qazilərə və şəhid övladlarına ödənişsiz məşq etmək imkanı yaradır. Bu gun, 14 avqust tarixindən klub fəaliyyətini bərpa edir.

Məşqlər Laçın Pəhləvanın rəhbərliyi altında keçirilir. Müraciət etmək istəyənlər 051 322 72 72 nömrəsi ilə əlaqə saxlaya bilər.

Əli pəhləvan 1992-ci ildə Qubada “Pəhləvan Əli” İdman klubunu yaratmışdır. Onun iki oğlu Hüseyn və Laçın həmin klubda məşq etməyə başlamışdırlar.