Qubada ADPU-nin filialında tərbiyəçi müəllimlər üçün təlimlərin keçirilməsi başlanılıb. Bu barədə 14 avqust tarixində məlum olub.

Xaçmaz, Quba, Şabran, Qusar rayonlarından olan tərbiyyəçi müəllimlər üçün “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması” üçün pedaqoji kurslar təşkil edilib.
Ümumilikdə kuslar avqust ayının 9-dan 22 sentyabr tarixinədək davam edəcəyi planlaşdırılıb.

Layihənin məqsədi ucqar kəndlərdə, dağlıq ərazilərdə, sərhədboyu zonalarda və digər ərazilərdə məktəbəqədər təhsildən istifadə edə bilməyən 3-5 yaş arası uşaqların cəlb olunmasıdır.